08 oktyabr
Türkiyə İsraili dəniz qulduru adlandırdı

Çərşənbə günü Türkiyə Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin Qəzzaya gedən çox sayda qayığa müdaxilə etməsindən sonra "piratçılıq aktı"nı tənqid edərək, gəmidə bir neçə türk millət vəkilinin olduğunu bildirib.
Təhlil.az xəbər verir ki, “Sumud Donanmasına qarşı beynəlxalq sulara müdaxilə... piratlıq aktıdır”, - deyilən bəyanatda bu hərəkət Türkiyə vətəndaşları və millət vəkilləri də daxil olmaqla vətəndaş cəmiyyəti fəallarına qarşı hücum” kimi qiymətləndirilib. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Ankara İsrail qüvvələri tərəfindən saxlanılan vətəndaşlarının azad edilməsi və geri qaytarılması üçün bütün lazımi tədbirləri görür.