08 oktyabr

Fransada Makronun impiçment tələbi rədd edilib

Fransa parlamenti Prezident Emmanuel Makronun impiçmenti ilə bağlı müxalifətin təklifini qəbul etməyib.

Təhlil.az xəbər verir ki,  Milli Assambleyanın Bürosu parlamentin aşağı palatasının ali kollegial orqanı solçu “France Insoumise” (LFI) partiyasının Makronun istefasını tələb edən vəsatətini rədd edib.

Qəzet yazır ki, Büro üzvləri bu məsələni bu səhər keçirilən iclasda müzakirə edərək vəsatəti qəbul etməmək barədə qərar veriblər.

Makronun impiçmenti ilə bağlı qətnamə “France Insoumise” partiyası tərəfindən parlamentə təqdim olunmuşdu. Sənədi müxtəlif siyasi qruplara mənsub 104 solçu deputat imzalayıb. Bu rəqəm Milli Assambleyada ümumilikdə 577 yerin təxminən beşdə birinə bərabərdir.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?