08 oktyabr

Pakistanda Əfqanıstan sərhədi yaxınlığında pusquda 11 əsgər həlak olub

Foto: Associated Press

İslamçı yaraqlılar Əfqanıstan sərhədi yaxınlığında Pakistan hərbi karvanını pusquya salıb, nəticədə 9 əsgər və iki zabit həlak olub.

Təhlil.az xəbər verir ki, “Təhrik-e-Taliban Pakistan” qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

“Təhrik-e-Taliban Pakistan” 2007-ci ildə Pakistanda qurulmuş bir təşkilatdır. Onun məqsədi Pakistanda radikal şəriət qanunlarına əsaslanan İslam dövləti qurmaqdır. Qrup hərbi və mülki hədəflərə çoxsaylı hücumlara, o cümlədən terror hücumlarına görə məsuliyyət daşıyır. 2018-ci ildən onun rəhbəri 46 yaşlı Nur Vəli Məhsuddur.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?