08 oktyabr

Ərdoğan: HƏMAS bizə bildirib ki, sülh və danışıqlara hazırdır

Biz bu proses boyu HƏMAS ilə əlaqə saxladıq və davam edirik.

Təhlil.az xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səsləndirib.

“Həmas bizə bildirdi ki, sülh və danışıqlara hazırdır. Hesab edirəm ki, bu, çox dəyərli addımdır. Tramp Türkiyədən HƏMAS-la danışmağı və onları Trampın sülh səylərinə dəstəyimizə inandırmağı xahiş edib”, - deyə Türkiyə lideri qeyd edib.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?