Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük əməkdaşlığının yeni mərhələsi

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstanın (Anadolu) Birgə Gömrük Komitəsinin dördüncü iclası keçirilib.
Təhlil.az xəbər verir ki, iclasa Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak sədrlik edib.
Tərəflər üç ölkənin gömrük xidmətləri arasında qurulan güclü əməkdaşlıqdan məmnunluq ifadə ediblər.
İclasda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, tranzit məlumatlarının mübadiləsinə dair saziş, beynəlxalq daşıma qaydalarının uyğunlaşdırılması, səlahiyyətli iqtisadi operator statusunun tətbiqi, sadələşdirilmiş gömrük dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılan addımlar kimi məsələlər müzakirə edilib.
Görüşün yekununda qarşıdakı dövr üçün gömrük sahəsində əməkdaşlığın yol xəritəsini əks etdirən protokol imzalanıb.
Görüşdən sonra Azərbaycan və Gürcüstanla ikitərəfli danışıqlar aparılıb.