08 oktyabr

Özbəkistanda 2 mindən çox məmuru süni intellekt əvəz edəcək

Özbəkistanda süni intellekt tətbiqi ilə 2 mindən çox məmur ixtisar ediləcək

Təhlil.az xəbər verir ki, Prezident Şavkat Mirziyoyev bununla bağlı fərman imzalayıb. Sənədə əsasən, noyabr ayına qədər 2 mindən çox dövlət qulluqçusu vəzifəsindən azad ediləcək.

Səbəb – idarəetmədə süni intellekt sistemlərinin tətbiqidir. Yeni texnologiyalar bir sıra inzibati və analitik funksiyaları öz üzərinə götürəcək.

Rəsmilərin sözlərinə görə, islahatın məqsədi dövlət idarəçiliyinin səmərəliliyini artırmaq və bürokratiyanı azaltmaqdır.