08 oktyabr
Kanadanın baş naziri: “Trampın liderliyi ilə Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub”

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla görüşündə Bakı və İrəvan arasında sülhün əldə edilməsini xüsusi vurğulayıb.
Təhlil.az xəbər verir ki, Karni çıxışında Trampı “transformativ lider” adlandıraraq deyib:
“Bir neçə ay əvvəl siz məni və bəzi həmkarlarımı mehribanlıqla qəbul etdiniz. O vaxtdan bəri biz iqtisadi sahədə mühüm dəyişikliklər, NATO tərəfdaşlarının müdafiə xərcləri ilə bağlı görünməmiş öhdəlikləri və ən əsası — Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını gördük”.
Kanada hökumət başçısının bu bəyanatı Vaşinqton razılaşması və onun Cənubi Qafqazda dayanıqlı sülhün təminindəki roluna beynəlxalq dəstək kimi qiymətləndirilir.
Bu gün