08 oktyabr
Rusiya 2030-cu ilə qədər təyyarə parkının yarısını itirə bilər

Rusiya Aviasiya Agentliyinin proqnozlarına əsasən, ölkə yaxın illərdə ciddi hava nəqliyyatı böhranı ilə üzləşə bilər.
Təhlil.az xəbər verir ki, hesablamalara əsasən, 2030-cu ilə qədər 339 təyyarə və 200 vertolyot istismardan çıxarılacaq. Bu isə hazırda mövcud olan hava donanmasının yarıdan çoxunun itirilməsi deməkdir.
Məsələ təkcə 40–60 illik sovet istehsalı təyyarələrə aid deyil, 109 xarici təyyarə də Qərb sanksiyalarına görə texniki xidmət və ehtiyat hissələri çatışmazlığı səbəbindən uçuşlardan kənarlaşdırılıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu vəziyyət 2030-cu ilə qədər Rusiyada ciddi hava nəqliyyatı çatışmazlığına, daxili və beynəlxalq uçuşlarda isə kəskin azalmaya səbəb ola bilər.
Bu gün