08 oktyabr
Vanuatu sahillərində güclü zəlzələ baş verib

Vanuatu sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Təhlil.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri təxminən 35 900 nəfər əhalisi olan Port-Vila şəhərindən 233 kilometr şimal-qərbdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Səlahiyyətli orqanlar bölgədə vəziyyəti izləyirlər.
Bu gün