08 oktyabr
Türkiyəli müğənni İrem Derici saxlanılıb

Türkiyəli məşhur müğənni İrem Derici narkotik vasitələrin istifadəsini təşviq etmək ittihamı ilə İstanbulun Şişli rayonundakı evində saxlanılıb.
Təhlil.az xəbər verir ki, hadisə İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində baş verib. 38 yaşlı sənətçi jandarma əməkdaşları tərəfindən evində yaxalanıb.
Müğənninin vəkili Ayşegül Mermer açıqlamasında bildirib ki, onlar ifadə vermək üçün polis bölməsinə gediblər.
Əlavə məlumat üçün bildirək ki, saxlanılanlar arasında Simge Sağın, Engin Polat və Dilan Polat cütlüyü, Hadisə, Berrak Tüzünataç kimi adlar da var.
Bu gün