08 oktyabr

Makron xalqa müraciət edəcək: Milli Assambleya buraxıla bilər

Fransa prezidenti Emmanuel Makron bu gün axşam televiziya ilə xalqa müraciət edəcək.

Təhlil.az xəbər verir ki, prezidentin çıxışı hökumət böhranının həlli istiqamətində atılacaq növbəti addımlarla bağlı olacaq.

Qeyd olunur ki, Makron bəyanatını baş nazir Sebastien Lekornyun istefasından sonra siyasi qüvvələrlə aparılan məsləhətləşmələrin yekununda səsləndirəcək.

Məlumata əsasən, dövlət başçısı Lekornyuya yeni hökumətin formalaşması və böhrandan çıxış planı ilə bağlı 48 saatlıq vaxt vermişdi.

“Le Figaro” yazır ki, Milli Assambleyanın buraxılması variantı da gündəmdə qalır. Prezidentin Senatın spikeri Jerar Larşe və Milli Assambleyanın sədri Yael Bron-Pivet ilə keçirdiyi görüşlər də bu ehtimalı gücləndirir.

Fransa Konstitusiyasının 12-ci maddəsi prezidentə aşağı palatanı buraxmaq səlahiyyəti verir, lakin bu qərar öncədən parlament rəhbərliyi ilə məsləhətləşmələr aparıldıqdan sonra qəbul edilə bilər.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?