08 oktyabr
Qızılın qiyməti tarixi rekordu yenilədi

Qlobal əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri tarixdə ilk dəfə 4 min dollarlıq həddi aşıb.
Təhlil.az xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında qızılın dekabr fyuçersləri 0,92% bahalaşaraq 4 041,22 ABŞ dollarına yüksəlib. Bu, qiymətli metal üçün yeni tarixi maksimum sayılır.
Bazar tendensiyaları təkcə qızıl ilə məhdudlaşmır. COMEX-də gümüşün dekabr fyuçerslərinin də qiyməti 1,48% artaraq 48,22 dollara çatıb.
Analitiklər qeyd edirlər ki, qiymət artımı investorların iqtisadi qeyri-müəyyənlik şəraitində təhlükəsiz aktivlərə xüsusilə də qiymətli metallara marağının artması ilə bağlıdır.
Bu gün
Bu gün