07 oktyabr

Suriya təhlükəsizlik qüvvələri ilə SDQ arasında atəşkəs əldə edildi

Hələb vilayətində Suriya təhlükəsizlik qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində baş verən qarşıdurmalardan sonra atəşkəs razılaşması əldə olunub.

Təhlil.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər kanalı “Əl-İxbariyyə”yə danışan bir rəsmi bildirib.

Qeyd edilib ki, SDQ ilə toqquşmalardan sonra tərəflər arasında atəşkəs qüvvəyə minib.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?