07 oktyabr

Polşadan Merkellə bağlı sərt reaksiya

Almaniyanın sabiq kansleri Angela Merkel müsahibəsində bildirib ki, 2021-ci ildə Avropa İttifaqı ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa danışıqlar təşkil etmək istəsə də, Polşa və Baltik ölkələri buna qarşı çıxıb.

Təhlil.az xəbər verir ki, onun fikrincə, bu amil müharibəyə aparan səbəblərdən biri olub.

Polşanın xarici işlər naziri Radoslav Sikorski Merkeli kəskin tənqid edib:

“Bu, onun memuarlarında yazdığı digər ‘həqiqətlər’dən biridir. Guya heç kim Mərkəzi Avropadan "Şimal axını" layihəsinə etiraz etməyib”.

Merkelin açıqlamaları beynəlxalq mediada böyük rezonans doğurub. Bir sıra KİV-lər onun fikirlərini Rusiyanın Ukraynaya təcavüzünə görə Polşanı dolayısı ilə günahlandırmaq kimi qiymətləndirib.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?