Peskov Avropa hava məkanında görünən pilotsuz təyyarələrə münasibət bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov son zamanlar Avropa hava məkanında tez-tez rast gəlinən pilotsuz təyyarələrə münasibət bildirib:
"Avropada indi hər şeydə Rusiyanı günahlandırmağa meylli olan çoxlu siyasətçilər var. Onlar bunu əsassız, fərq qoymadan edirlər və biz bu bəyanatlara belə baxırıq. Buna görə Rusiyanı günahlandırmaq üçün heç bir əsas yoxdur", - prezidentin mətbuat katibi bildirib.
Təhlil.az-ın məlumatına görə, Peskov qeyd edib ki, hətta xarici mediada da yerli pilotsuz təyyarənin pilotunu həbs edərkən onun Rusiya ilə heç bir əlaqəsinin olmadığını bəyan ediblər. Kremlin mətbuat katibi avropalı siyasətçilərə hər pilotsuz təyyarənin buraxılışını Rusiya ilə əlaqələndirmək əvəzinə “üfüqlərini genişləndirməyi” tövsiyə edib.