11 aprel

İşdən çıxarıldığı üçün özünə xəsarət yetirdi

Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib. Təhlil.az xəbər verir ki, hadisə universitet binasında baş verib.

1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin Gəncə Regional Qrupu məsələ ilə bağlı Şəhər Baş Polis İdarəsində araşdırma aparıldığını açıqlayıb.