03 oktyabr

Almaniya Qarabağın yenidən qurulmasında rol oynaya bilər

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman bildirib ki, Berlin 1990-cı ildə Almaniyanın birləşməsindən sonra qazandığı təcrübə ilə Qarabağın yenidənqurulmasında mühüm rol oynamağa qadirdir.

Təhlil.az-ın məlumatına görə, texnologiya, mühəndislik və dayanıqlılıq sahələrində Almaniyanın üstünlüyünü vurğulayan səfir deyib ki, Alman şirkətləri artıq yollar və hava limanlarının tikintisində iştirak edib, içməli su xətləri və hidroenerji istehsalı da mümkün əməkdaşlıq sahələrindəndir.

“Qarabağın “yaşıl zona” kimi inkişafını böyük maraqla izləyirik”, – səfir qeyd edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?