03 oktyabr

Mirzoyan: Ermənistan və Azərbaycan nəqliyyat kommunikasiyalarının açılması barədə razılığa gəlib

Ermənistan və Azərbaycan qarşılıqlı olaraq nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması barədə razılığa gəliblər.

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.

Onun sözlərinə görə, söhbət yalnız dəmir yolundan deyil, bütün infrastrukturdan gedir:
“Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan isə Ermənistanın dəmir yolu sisteminə çıxış əldə edir. Daha sonra avtomobil yolları və digər infrastrukturlardan istifadə imkanları da açılır”.

Mirzoyan əlavə edib ki, tərəflər bir-birinin infrastrukturundan normal qonşular kimi yararlana biləcəklər:
“Bu, Avropada və ya dünyanın başqa yerlərində olduğu kimi təcrübəyə əsaslana bilər”.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?