03 oktyabr

Livanın cənubunda Hizbullahın əsas əməliyyatçıları məhv edilib

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı iki bölgəyə endirdiyi dəqiq aviazərbələr nəticəsində Hizbullahın üç üzvü zərərsizləşdirilib.

Təhlil.az xəbər verir ki, oktyabrın 1-də öldürülənlərdən biri Əli Məhməd Qaraoni olub. O, Kafra kəndinin sakinləri ilə Hizbullah arasında hərbi və maliyyə əlaqələrinin qurulmasına cavabdeh idi.

Oktyabrın 2-də məhv edilən digər iki əməliyyatçı isə Dov dağı və Xiam şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələrində təşkilatın hərbi infrastrukturunun bərpası ilə məşğul olublar.

Hadisə bölgədə gərginliyin daha da artmasına səbəb olub.