03 oktyabr

Münhen Hava Limanında uçuşlar dayandırıldı

 

Oktyabrın 2-də axşam saatlarında Almaniyanın Hava Nəqliyyatı İdarəsi Münhen hava limanı üzərində bir neçə pilotsuz uçan aparatın aşkarlanması ilə bağlı xəbərdarlıq yayıb.

Təhlil.az xəbər verir ki, hadisədən sonra hava limanında uçuşlar əvvəlcə məhdudlaşdırılıb, daha sonra isə tamamilə dayandırılıb.

Nəticədə 17 reys ləğv olunub, təxminən 3000 sərnişin vəziyyətdən təsirlənib. Gələn 15 reys isə Münhen əvəzinə Almaniya və Avstriyanın digər şəhərlərinə yönləndirilib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?