02 oktyabr

Ankara və Tbilisi arasında birbaşa uçuşlar bərpa olunub

Türkiyə və Gürcüstanın paytaxtları – Ankara və Tbilisi şəhərləri arasında birbaşa aviareyslər bərpa olunub.

Təhlil.az xəbər verir ki, “Türk Hava Yolları”nın törəməsi olan aşağıbüdcəli “A Jet” şirkəti ilk Ankara-Tbilisi reysini yerinə yetirib.

Gürcüstanın Hava Limanları Assosiasiyasından bildirilib ki, aviaşirkət Ankara-Tbilisi-Ankara marşrutu üzrə həftədə dörd reys həyata keçirəcək.

İlk reysin sərnişinləri arasında Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandiya və “A Jet” şirkətinin baş direktoru Kerem Sarp da olub.