Dünən

Putin payız çağırışı ilə bağlı fərman imzalayıb: 135 min nəfər orduya çağırılacaq

Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının payızda hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb. Təhlil.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sərəncama əsasən, hərbi xidmətə çağırış 2025-ci il oktyabrın 1-dən dekabrın 31-dək aparılacaq. Hərbi xidmətə 18-30 yaş arasında olan 135 min nəfər çağırılacaq.

Sentyabrın 22-də Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəis müavini, vitse-admiral Vladimir Tsimlyanski payız çağırışında olan çağırışçıların yalnız Rusiya ərazisində xidmət üçün dislokasiya məntəqələrinə göndəriləcəyini və xüsusi hərbi əməliyyata cəlb edilməyəcəyini açıqlayıb. O, həmçinin əlavə edib ki, payız çağırış kampaniyası Vahid Hərbi Qeydiyyat Reyestrindən istifadə edilməklə aparılacaq. Hərbi xidmətə çağırış zamanı vətəndaşlara bildiriş vermək üçün kağız çağırış vərəqələrindən də istifadə olunacaq.

2024-cü ildə payız çağırışı zamanı 133 min kişi hərbi xidmətə çağırılıb. 2025-ci ilin yaz çağırışı zamanı 160.000 kişi xidmətə göndərilib.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?