29 aprel

Hindistan-Pakistan gərginliyi: Hava yolları bağlanır

Hindistan öz hava məkanını Pakistan təyyarələrinin üzünə bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışını qadağan etməyi planlaşdırır.

Təhlil.az xəbər verir ki, bu halda Pakistan Cənub-Şərqi Asiyadakı bölgələrə çatmaq üçün Çin və ya Şri-Lankadan keçən təyyarələrin marşrutunu dəyişməli olacaq.

Pakistan Beynəlxalq Hava Yolları Sinqapur və Tailand yanaşı, Kuala-Lumpur və digər Malayziya şəhərləri də daxil olmaqla dünyanın bu hissəsindəki bir neçə istiqamətə daxil olmaq üçün Hindistanın hava məkanından istifadə edir.

Xatırladaq ki, bundan əvvəl Pakistan iki ölkə arasında gərginlik fonunda Hindistan təyyarələri üçün hava məkanını bağlamışdı. Bu barədə qərar ölkənin Baş naziri Şahbaz Şərifin sədrliyi ilə İslamabadda keçirilən Milli Təhlükəsizlik Komitəsinin iclasında qəbul edilmişdi.  

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?