Dünən
Yer kürəsi üçün risklər yaranacaq

Sentyabrın 29-da Günəşin aktivliyi yüksək olacaq və bu, Yer kürəsi üçün risklər yaradacaq.
Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.
"Sutkalıq proqnoz: geomaqnit şərait - zəif pozulmalar mümkündür, aktivlik - yüksək, artan, Yer üçün əhəmiyyətli risklər mövcuddur", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, son sutka ərzində geomaqnit şərait sakit olub, partlayış ehtimalı isə yüksək olub, Yer üçün məhdud risklər olub.
Xatırladaq ki, sentyabrın 28-də Günəşdə son üç ayın ən böyük partlayışı baş verib.
Dünən
Dünən