Dünən

Siandakı mərkəz kənd təsərrüfatı sektoru üçün kosmik texnologiya və süni intellekti birləşdirəcək

Sian Texnologiya Universiteti beynəlxalq kosmik bazalar, tədqiqat mərkəzləri və xarici tərəfdaşlarla birlikdə “Bir Kəmər, Bir Yol” İntellektual Kosmik Kənd Təsərrüfatı Avadanlıqları Pilot İnnovasiya Mərkəzini yaradıb. Təhlil.az xəbər verir ki, onun missiyası ərzaq təhlükəsizliyini və ətraf mühitin mühafizəsini təşviq etmək, yüksək texnologiyalı əməkdaşlığı inkişaf etdirmək və süni intellektə əsaslanan həlləri həyata keçirməkdir.

Səhralaşma, torpaqların deqradasiyası və ərzaq çatışmazlığının ciddi problem olaraq qaldığı Şimali Çin və Mərkəzi Asiya ölkələrinə xüsusi diqqət yetirilir. Mərkəz ağıllı kənd təsərrüfatı maşınlarına nəzarət etməyə kömək edəcək süni intellekt modellərini yaratmaq üçün Şaansi əyalətinin kosmik sənayesinin nailiyyətlərindən və Sian şəhərinin super hesablama imkanlarından istifadə edir.

Əsas iş sahələri yüksək dağlıq və şoran şəraitdə kənd təsərrüfatı, meşə təsərrüfatı və otlaqların idarə edilməsində tətbiq olunan dron və robotlar üçün əsas texnologiyaların inkişafı, kosmik kənd təsərrüfatı üçün məlumatların təhlili və qərarların qəbul edilməsində köməklik göstərə bilən geniş miqyaslı AI modelinin yaradılması və dərin beynəlxalq əməkdaşlıqdır.

Mərkəzin əsas layihələrinə dron eskadrilyalarından istifadə etməklə təbii fəlakətlərin monitorinqi daxildir. Yanğınların, daşqınların və bitki xəstəliklərinin erkən aşkarlanması üçün dronların kütləvi istifadə sisistemi hazırlanır. Bu texnologiya artıq ilkin sınaqlardan keçib və xilasetmə və profilaktik tədbirlərin effektivliyini artıracaq.

Kənd təsərrüfatında dəqiq və avtonom əməliyyatlar üçün hava robotları hazırlanır. Onlar məhsulun böyüməsinə nəzarət edə, xəstəlikləri və quraqlığı müəyyən edə, resurs istehlakını optimallaşdıra və məlumatların təhlili üçün bulud platformaları ilə inteqrasiya edə biləcəklər.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?