Dünən

ABŞ və İsrail Qəzza ilə bağlı razılaşmaya yaxındır

ABŞ və İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza zolağının nizamlanması planı ilə bağlı razılığa gəlməyə çox yaxındır. Lakin Fələstinin radikal HƏMAS hərəkatı hələ ki, razılığını verməyib.

Təhlil.az xəbər verir ki, bu barədə sentyabrın 28-də Amerikanın “Axios” internet portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat verib. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof və ABŞ prezidentinin kürəkəni Kared Kuşnerin İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı danışıqlardan sonra ABŞ və İsrail Trampın Qəzzada müharibəni dayandırmaq planı ilə bağlı razılığa gəlməyə çox yaxın olduğunu bildirib.

"Rəsmi əlavə etdi ki, HƏMAS-ın razılığı hələ də gözlənilir", - Ravid X sosial şəbəkəsində yazıb.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?