Dünən

İrəvanda polis itkin düşən əsgərlərin valideynlərinə qarşı güc tətbiq edib

Ermənistan Müdafiə Nazirliyinin binasının girişində gərgin vəziyyət yaranıb. Təhlil.az xəbər verir ki, 44 günlük müharibə zamanı itkin düşən əsgərlərin etirazçı valideynləri nazirliyin qapılarını bağlayıb və heç kimin binanı tərk etməsinə icazə vermirlər. Valideynlərdən biri "Qapı açılmayacaq. Uşaqlarımızı bizə qaytarın, sonra açarıq" deyib.

Polis binaya gəlib. “Gəlib cavab versinlər” deyən valideynlərdən biri polisi görərək Baş Qərargah rəhbərliyini nəzərdə tutub. Polis Müdafiə Nazirliyinin girişini təmizləməyə cəhd edib və valideynlərlə polis arasında dava düşüb, lakin valideynlər geri çəkilməyib.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?