Dünən

Böyük Britaniyada uşaq bağçalarına qarşı kibercinayət törədilib

Böyük Britaniyada uşaq bağçalarına qarşı kibercinayət törədilib.

Təhlil.az xəbər verir ki, kibercinayətkarlar İngiltərədəki uşaq bağçalarından 8 minə yaxın uşağın şəxsi məlumatlarını ələ keçiriblər. Oğurlanan məlumatlar arasında uşaqların fotoşəkilləri, adları və ünvanları da var.

Məlumata əsasən, cinayətkarlar artıq həmin məlumatların bir qismini darknetdə yayımlayıb və şirkətdən fidyə tələb ediblər.

London polisi sentyabrın 25-də fidyə tələbi barədə məlumat aldığını təsdiqləyib. Hazırda Kibercinayətkarlıqla Mübarizə Bölməsi istintaqa rəhbərlik edir, lakin hələlik heç kim həbs olunmayıb.

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi isə baş verənləri “dərin narahatedici” hal kimi qiymətləndirib.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?