Dünən
ABŞ-də kilsədə silahlı hücum: 4 nəfər həlak olub

ABŞ-ın Miçiqan ştatında kilsədə silahlı insident baş verib.
Təhlil.az xəbər verir ki, faciə Qrand-Blank şəhərində yerləşən İsa Məsihin Axır Zaman Müqəddəsləri Kilsəsində (mormonlar) qeydə alınıb.
Hadisə zamanı əvvəlcə iki nəfərin həyatını itirdiyi bildirilib. Lakin sonradan aparılan araşdırmalar nəticəsində daha iki nəfərin meyiti aşkar olunub. Beləliklə, insident ümumilikdə dörd nəfərin ölümü ilə nəticələnib.
Məlumata görə, əlavə olaraq tapılan iki nəfər cinayətkar tərəfindən yandırılaraq qətlə yetirilib. Hadisənin təfərrüatları və motivləri barədə araşdırma aparılır.
Dünən
Dünən