24 sentyabr

ABŞ dövlət katibi: “Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə məhz Tramp nail olub”

ABŞ prezidenti Donald Tramp sülh təkliflərinə və sülh təşəbbüslərinə dünyada hamıdan çox vaxt və enerji sərf edib və dünyada hər kəsdən daha çox uğur qazanıb. Təhlil.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Unutmayaq ki, Konqo Demokratik Respublikası və Ruandada müharibə gedirdi və barışığa vasitəçilik edən ABŞ prezidenti idi. Ermənistanla Azərbaycan arasında nizamlanmaya vasitəçilik edən ABŞ prezidenti olub. Tailand və Kamboca arasında münaqişəyə son qoyan ABŞ prezidenti olub. Hindistan və Pakistan arasında münaqişəyə son qoyan ABŞ prezidenti olub. Bunu dünyanın heç bir lideri yox, ABŞ prezidenti edib”, - Rubio qeyd edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?