24 sentyabr				
				Rusiyanın ən böyük neft-kimya kompleksinə PUA hücümu

Rusiyada "Qazprom neft-kimya Salavat" MMC bu səhər yenidən pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Təhlil.az xəbər verir ki, bu barədə Başqırdıstan başçısı Radi Xabirov "Telegram" kanalında məlumat yayıb.
"Qazprom neft-kimya Salavat" yenidən dronlarla hücuma məruz qalıb. Zərərin dərəcəsini müəyyənləşdiririk", - deyə, o yazıb.
R.Xabirov qeyd edib ki, hadisə yerində təcili xidmətlər işləyir, yanğının söndürülməsi üçün tədbirlər görülür. "Qazprom neft-kimya Salavat" MMC Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən Rusiyanın ən böyük neft-kimya kompleksidir.
						Dünən