24 sentyabr				
				Aİ 2027-yə qədər Rusiyanın enerji daşıyıcılarından tam imtina edəcək

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyadan enerji asılılığını tamamilə aradan qaldıracaq.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, Avropa və ABŞ bu məsələdə həmrəy hərəkət edir və Rusiyanın neft və qazdan gəlirlərini azaltmaq istiqamətində birgə addımlar atırlar. Fon der Lyayen qeyd edib ki, hazırlanmaqda olan 19-cu sanksiya paketi Rusiya mənşəli maye qazın (LNG) idxalına, habelə neftayırma zavodları və üçüncü ölkələr üzərindən fəaliyyət göstərən treyderlərə qadağanı nəzərdə tutur.
“2027-ci ilə qədər Avropa Rusiya fosil yanacağı səhifəsini uğurla bağlayacaq”, – deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.
						Dünən