24 sentyabr				
				Zelenski: “Putinlə Qazaxıstanda görüşməyə hazıram”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşə açıq olduğunu bildirib.
Təhlil.az xəbər verir ki, o, açıqlamasında deyib: “Əgər istəyirlərsə, Qazaxıstan kimi bir yerdə ola bilər. Biz hazırıq”, – deyə Zelenski vurğulayıb. O, həmçinin qeyd edib ki, Donald Trampın mövqeyi ərazi güzəştləri məsələsində dəyişib və ABŞ lideri Ukraynaya sonadək dəstək vermək niyyətindədir.
Zelenskinin sözlərinə görə, Çin müharibəni bitirmək istəyi nümayiş etdirmir.
Prezident əlavə edib ki, atəşkəs əldə olunacağı halda, çətin olsa da, seçkilərə hazırdırlar.
O, Tramp ilə münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşdığını vurğulayıb: "Putinin dəfələrlə yalan danışması da bu məsələdə Trampa təsir edib".
						Dünən