23 sentyabr				
				İlham Əliyev və Mehriban Əliyeva BMT-nin mənzil qərargahına gəliblər

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahına gəliblər.
Təhlil.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı salamlayıb.
						Dünən