23 sentyabr

Honq-Konqa “Raqasa” yaxınlaşır

Honq-Konq Meteorologiya Mərkəzi güclü “Raqasa” qasırğası səbəbindən 8-ci dərəcəli xəbərdarlıq elan edib. Təhlil.az xəbər verir ki, rəsmilər onun 2018-ci ilin ən dağıdıcı “Manqhut” qasırğasından da güclü ola biləcəyini bildirirlər.

Dövlət qurumları fəaliyyətini dayandırıb. Sakinlərə evlərini tərk etməmək tövsiyə olunub. Axşam saatlarında 10-cu təhlükə səviyyəsi elan edilə bilər. Saniyədə 60 metrə çatan küləklər və 3,5–4 metrlik dalğaların sahilyanı əraziləri su altında qoyacağı proqnozlaşdırılır. Məktəblər bağlanacaq, ictimai nəqliyyat məhdudlaşdırılacaq. Aeroportlarda 700-ə yaxın reys ləğv ediləcək.

Hakimiyyət orqanları əhalini ciddi tədbirlər görməyə çağırır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?