23 sentyabr				
				Danimarka bəyan etdi: Rusiya hücuma son qoymalıdır

Rusiyanın qonşuları haqlı olaraq növbəti ola biləcəklərdən narahatdırlar. Danimarka Estoniyanın ərazi bütövlüyünü tam dəstəkləyir.
Təhlil.az xəbər verir ki, bu fikirləri Danimarka lideri Lars Lokke Rasmussen səsləndirib. “Rusiyanın təxribatları dərhal dayandırılmalıdır, ona görə də bu gün biz Rusiya Federasiyasına deyirik: geri çəkilin. Geri çəkilin! Fərqli bir yol seçin. Biz Avropa təhlükəsizlik arxitekturasının məhv edilməsinə imkan verməyəcəyik. Biz Rusiyanın istədiyi yerdə xaos və qeyri-müəyyənlik yaratmasına imkan verməyəcəyik. Bu hava məkanının pozulması beynəlxalq hüququn hamımıza xidmət edən fundamental prinsiplərini pozur”, - deyə Rasmussen əlavə edib.
						Dünən