23 sentyabr				
				Macarıstan Rusiyadan enerji daşıyıcıları idxalından imtina etməyəcək

Ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün Rusiyadan neft və qaz tədarükündən asılılıq qalmaqdadır.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "The Guardian" qəzetinə müsahibəsində bildirib.
“Biz ölkəmiz üçün təhlükəsiz enerji təchizatını Rusiyadan neft və qaz almadan təmin edə bilmərik. Bu, bizim üçün sırf fiziki məsələdir”, – deyə Siyarto qeyd edib.
						Dünən