Ermənistan TŞ katibi Zəngəzur dəhlizindən danışdı

Dialoq münaqişələrin həlli və qarşısının alınması üçün ən yaxşı üsuldur.
Təhlil.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda keçirilən NATO PA-nın 108-ci “Rose-Roth” seminarının açılışında deyib. Qriqoryan çıxışına qlobal və regional səviyyədə dialoq və əməkdaşlığın stimullaşdırılmasına görə NATO PA-ya və bütün iştirakçılara təşəkkür sözləri ilə başlayıb.
"Seminarın Cənubi Qafqaza sülh gətirən avqustun 8-də Vaşinqtonda keçirilən sammitdən sonra keçirilməsi rəmzi xarakter daşıyır”, - deyə Qriqoryan qeyd edib.
“Uzunmüddətli olması üçün sülhün institutsionallaşdırılması üzərində işləmək lazımdır. Bölgədə kommunikasiyaların blokdan çıxarılması bu işdə əsas rol oynayır.Vaşinqtonda keçirilən sammitdə razılıq əldə edilən “Tramp yolu” da eyni məqsədə xidmət edəcək”, - deyə TŞ katibi əlavə edib.