22 sentyabr

Azərbaycan və BƏƏ "Şəhər içində şəhər" konsepsiyası üzrə əməkdaşlıq edəcək

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Modon Holding"i arasında "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.

Təhlil.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb.

Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin (Mohamed Hassan Alsuwaidi) iştirakı ilə baş tutub.

 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?