22 sentyabr
Tramp Maskla barışıb

ABŞ prezidenti Donald Trampla iş adamı İlon Mask arasında buzlar deyəsən əriyir.
Təhlil.az xəbər verir ki, ötəngün tərəflərin söhbət edən yerdə çəkilən fotosu bir sıra media tərəfindən paylaşılıb.
ABŞ prezidenti Donald Tramp mühafizəkar fəal Çarli Kirkin dəfn mərasimində İlon Maskla söhbətini yüksək qiymətləndirib.
"İlon gəldi və salam verdi. Məncə, əla idi, o, gəldi və bir az danışdıq", - deyə Tramp Ağ Evdə jurnalistlərə Arizonadan Vaşinqtona uçarkən məsələ ilə bağlı suala cavab verərkən deyib.
Amerika lideri Maskla söhbətinin təfərrüatlarını açıqlamayıb.
Bu gün
Bu gün