20 sentyabr

Paşinyan: "İrəvanla Bakı arasında sülh bərqərar olub"

Ermənistanla Azərbaycan arasında bir il yarımdan çoxdur de-fakto sülh bərqərar olub.

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistan mediası xəbər yayıb.

Məlumata əsasən, baş nazir Nikol Paşinyan partiyasının qurultayında bildirib ki, artıq bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan xəttində itkilər yoxdur. 

O qeyd edib ki, Ermənistanın müstəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb.

"Sülh budur", - deyə, Paşinyan əlavə edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?