Bu gün

Misir ordusu tam döyüş hazırlığına gətirildi

"Al-Araby Al-Jadeed" yazır ki, Misir-Qəzza-İsrail sərhədində yerləşən Misir ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Təhlil.az xəbər verir ki, qərar, iki gün əvvəl İsrail ordusunun Qəzza şəhərində quru əməliyyatına başlamasına cavab olaraq qəbul edilib.

Məlumatı iki mənbə və Misir tərəfdən şahidlər də təsdiqləyib.

Misirdə əsas narahatlıq – fələstinlilərin kütləvi şəkildə Sinay yarımadasına köçməsidir. Bu isə Qəzzada demoqrafik dəyişiklik riskləri ilə əlaqələndirilir.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?