Bu gün

Əfqanıstanda müəllifi qadın olan kitablarla tədris qadağan edilib

Taliban Əfqanıstan universitetlərində qadın müəlliflər tərəfindən yazılmış kitablarla tədris qadağan edib.

Təhlil.az BBC-yə istinadla xəbər verir ki, yeni qaydalar çərçivəsində həmçinin insan hüquqları və seksual təcavüz mövzularının öyrədilməsi də təhsil proqramından çıxarılıb.

Məlumata görə, qadın müəlliflərə məxsus 140-a yaxın kitab, o cümlədən “Kimyəvi laboratoriyada təhlükəsizlik” adlı dərslik, “şəriətə və Talibanın siyasətinə zidd” hesab edilərək “qara siyahı”ya salınıb. Hazırda ümumilikdə 680 kitab universitetlərin proqramından çıxarılıb.

Bununla yanaşı, universitetlərdə 18 fənnin tədrisinə icazə verilmədiyi açıqlanıb. Taliban rəsmilərindən biri bu fənlərin “şəriət prinsipləri və sistemin siyasəti ilə uyğun gəlmədiyini” bildirib.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?