Bu gün
Qlobal istiləşmə Alyaska sahillərində yeni ada yaradıb

Alyaskanın cənub-şərqində yerləşən Alsek buzlağı tamamilə geri çəkilib və nəticədə 5 kvadrat kilometr ərazini əhatə edən yeni ada yaranıb.
Təhlil.az xəbər verir ki, NASA-nın peyk görüntülərinə əsasən, 1984-cü ildə dağın ətrafını örtən buzlaq 2025-ci ilin yayına qədər tamamilə əriyib və dağ dörd tərəfdən su ilə əhatələnib.
Buzlaq mütəxəssisi Mauri Pelton bildirib ki, bu hadisə birbaşa iqlim dəyişikliyi ilə əlaqədardır və onilliklərdir davam edən prosesin nəticəsidir.
Onun sözlərinə görə, XX əsrin əvvəlində buzlaq hazırkı mövqeyindən 5 km qərbdə yerləşirdi və əsrin ortalarında hələ də dağın üzərini örtürdü.