Bu gün

Kremldə istefa: Putinin yaxın silahdaşı Dmitri Kozak getdi

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak istefa ərizəsi təqdim edib.

Təhlil.az xəbər verir ki, rəsmi versiyaya görə, bu addım “öz istəyi ilə” atılıb.

Lakin ekspertlər hesab edirlər ki, bu, Kozakın uzun illər ərzində uğursuz nəticələri və Moskvanın hərbi kursu ilə ziddiyyət təşkil edən mövqeyi ilə bağlıdır.

Kozak Ukrayna, Moldova və Cənubi Qafqaz istiqamətinə cavabdeh idi.

Analitiklər xatırladır ki, o, dəfələrlə münaqişələrin diplomatik yolla həllini dəstəkləyib, Ukrayna ilə danışıqların tərəfdarı olub. Bu isə Kremlin sərt hərbi xətti ilə üst-üstə düşmürdü.

Onun gedişi ilə bağlı iki versiya müzakirə olunur: ya Kozak, həqiqətən, siyasi sistemdən tam kənarlaşdırılıb, ya da o, Qərblə mümkün gizli danışıqlar üçün “yumşaq sima” rolunda saxlanılır.

Bir məsələ dəqiqdir ki, Dmitri Kozak illərlə Putinin ən yaxın çevrəsində olub və belə fiqurların kənarlaşdırılması Kremlin daxilində ciddi siqnallar kimi qiymətləndirilir.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?