Bu gün
Tramp sentyabrın 19-da Si Cinpinlə telefon danışığı aparacaq

ABŞ prezidenti telefon söhbəti zamanı "TikTok"un amerikalı investorlar tərəfindən alınması ilə bağlı danışıqları yekunlaşdırmağı planlaşdırır.
Təhlil.az xəbər verir ki, müqavilə çərçivəsində dəyəri 50 milyard dollar olan yeni şirkətin yaradılması nəzərdə tutulur. Bu addım tərəflər arasında mübahisəli məsələlərin həllinə nümunə kimi göstərilir və ABŞ–Çin münasibətlərinin normallaşmasına start verə bilər.
Çin mediasının məlumatına görə, növbəti mərhələdə Trampın ilin sonunda Çinə dövlət səfəri, 2026-cı ildə isə Si Cinpinin ABŞ-yə cavab səfəri gözlənilir.