Bu gün

Makron ailəsi ABŞ məhkəməsində Bricitin qadın olduğunu sübut edəcək

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ABŞ-də böhtan işi çərçivəsində foto və elmi sübutlar təqdim etməyə hazırlaşır. Təhlil.az xəbər verir ki, onlar ultrasağçı influenser Kendis Ouensə qarşı məhkəmə iddiası qaldırıblar.

Ouens iddia edirdi ki, guya Bricit Makron doğularkən cinsiyyəti kişi olub.

Cütlüyün vəkili Tom Kler bildirib ki, məhkəməyə ekspert rəyləri və fotoşəkillər, o cümlədən Bricitin hamiləlik dövrünə aid və uşaqları ilə çəkilmiş şəkilləri təqdim olunacaq.

Onun sözlərinə görə, bu iddialar ailə üçün son dərəcə ağrılı və alçaldıcı olub, lakin Bricit ədaləti bərpa etmək üçün açıq məhkəmə prosesinə hazırdır.

2024-cü ildə Makronlar Fransada eyni şayiələri yayan bloqerlərə qarşı məhkəmə işində qalib gəliblər, lakin apellyasiya bu qərarı ləğv edib. 2025-ci ilin yayında isə onlar ABŞ-də Ouensə qarşı iddia qaldırıblar.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?