09 aprel

Bakı-Tbilisi qatarı açılır?

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus sürət qatarının Tbilisidə göründüyü iddia edilir. Bakı-Tbilisi-Bakı qatarının mayın 1-də işə düşəcəyi üçün qatarın yoxlama məqsədi ilə Tbilisiyə göndərildiyi bildirilir.

Təhlil.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev məsələ aydınlıq gətirib.

O qeyd edib ki, yayılan məlumatın heç bir əsası yoxdur: “Çünki həmin qatar sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır".

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?