18 sentyabr
Norveç Polşada Ukrayna hərbçiləri üçün böyük poliqon açıb

Şərqi Polşada “Camp Jomsborg” adlı yeni poliqon istifadəyə verilib. Təhlil.az xəbər verir ki, poliqon Norveç mütəxəssisləri tərəfindən yay ərzində inşa edilib və artıq ilk qruplar real döyüş təcrübəsi olan ukraynalı hərbçilərin təliminə başlayıblar.
Hərbçilər realistik döyüş simulyasiyaları və stress-təlimlərindən keçir.
Təlim proqramı həm əsas, həm də ixtisaslaşmış hazırlığı əhatə edir: stres şəraitində davranışın idarə olunması və döyüş sahəsində hərəkətlər üzrə bacarıqlar.
Təlim iki tərəflidir: Norveç hərbçiləri bacarıqlarını paylaşır, eyni zamanda ukraynalılardan müasir müharibə təcrübəsini öyrənirlər.
01 noyabr
01 noyabr