18 sentyabr
Paşinyan Ağrı dağının viza möhürlərindən çıxarılmasına münasibət bildirdi

Ağrı dağının təsvirinin viza möhürlərindən silinməsi mövzusu Ermənistan və Türkiyə arasında heç vaxt müzakirə olunmayıb.
Təhlil.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu məsələ bir neçə ay əvvəl gündəmə gəlib, amma Türkiyə ilə heç bir danışıqlarda belə imkan və ya razılaşma olmayıb”, – Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, bu addım dövlətin davamlılığını təmin etmək strategiyası çərçivəsində atılıb.
01 noyabr
01 noyabr